Bunlar artıq yaxınmənalı sözlər sayılmayacaq

media-hightechnic-468x90

“Yeni nəsil “Azərbaycan dili” dərsliyində bəzi yeni terminlər istifadə olunub. Məsələn, buraya hiperonim, hiponim və morfem kimi anlayışlar əlavə edilib”.

media-banner_tuq

Yenicag.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu barədə 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “Azərbaycan dili” dərslik komplektinin məzmun və tədris texnologiyasının xüsusiyyətlərinin müzakirəsinə həsr edilmiş vebinarda “Azərbaycan dili” dərsliklərinin müəllifi, layihə rəhbəri Rafiq İsmayılov səsləndirib.

O qeyd edib ki, sözün aid olduğu ümumi məna hiperonim, həmin söz isə hiponim adlanır, morfem isə ön şəkilçi anlayışıdır:

“Məsələn, bu günə kimi “şalvar-köynək” yaxınmənalı söz olaraq qəbul edilirdi. Şagirdlər isə deyirdi ki, axı “şalvar-köynək” yaxınmənalı söz deyil. Yeni dərslikdə isə “şalvar-köynək” geyim hiperoniminə aid hiponim olaraq təqdim edilib. Eləcə də “duz-çörək” yaxınmənalı yox, qida hiperoniminə aid hiponimdir. Morfem isə söz önündə işlədilən bi-, a-, anti-, vitse- kimi şəkilçilərdir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05