!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Buraxılış imtahanlarında “2” alan şagirdlərin sayı açıqlanıb

!Reklam – Yazi

ee146709848814672635351467630488Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının statistik nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlarda 104476 nəfər IX sinif şagirdi, 84589 nəfər XI sinif şagirdi iştirak edib.

Ümumi orta təhsil bazasında (9 illik) imtahan verənlərin Azərbaycan dili fənnindən 20911 nəfəri (20.06%) “2”, 47937 nəfəri (45.98%) “3”, 21715 nəfəri (20.83), 13694 nəfəri (13.13) “5”, Riyaziyyat fənni üzrə isə 26438 nəfəri (25.31%) “2”, 39687 nəfəri (37.99%) “3”, 19411 nəfəri (18.58%) “4”, 18940 nəfəri (18.13) isə “5“qiymət alıb.

Tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanı verən şagirdlərin isə Azərbaycan dili fənnindən 15486 nəfəri (18.34%) “2”, 16512 nəfəri (19.56) “5”, Riyaziyyat fənnindən 16038 nəfəri (18.96%) “2”, 17026 nəfəri (20.13%) “5”, Xarici dildən 19908 nəfəri (23.72%) “2”, 17011 nəfəri (20.27%) “5”, Kimya fənnindən isə 186 nəfəri (27.64%) “2”, 42 nəfəri (6.24) isə “5” alıb.

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv