“Bütün dinlərə hörmət göstərilib”

media-hightechnic-468x90

e824900fe505cb54240013c7cb8dcd07“Azərbaycanda heç kim heç vaxt dini baxışına, dini inancına görə təqib olunmayıb və sıxışdırılmayıb”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilən “Milli mənəvi dəyərlər və müasirlik” adlı konfransında deyib.

M. Qurbanlı bildirib ki, müasir dövrdə regiondakı bəzi ölkələrdə bunun əksi baş verir: “Azərbaycanda milli-mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub. Bütün dinlərə hörmət göstərilib, qarşılıqlı münasibətlər yüksək səviyyədə olub. Milli-mənəvi dəyərlərin tərkib hissəsi olan İslami dəyərlərə isə xüsusilə hörmətlə yanaşılıb. Azərbaycanda İslama verilən dəyər o qədər böyükdür ki, heç bu dinin aparıcı olduğu ölkələrdə İslama bu qədər dəyər verilmir”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda əhalinin 96 faizinin müsəlman olmasına baxmayaraq, ölkədə digər dinlərin mövcudluğuna heç bir maneə yoxdur: “Bu, bizim Konstitusiyada da təsbit olunub”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600