“Bütün torpaqların hamısını geri qaytarmışıq”

media-hightechnic-468x90

trend_akif_alizade_170215“Artıq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) zəbt edilmiş torpaqlarından geri qaytarılmayanları qalmayıb. Bütün torpaqların hamısını geri qaytarmışıq”.

Yenicag.az xəbər verir ki, bunu trend-ə AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

Akademiya prezidentinin sözlərinə görə, akademiyanın balansında olan minlərlə hektar torpaq sahələri müxtəlif təşkilatlar tərəfindən zəbt edilmişdi. Bu torpaqlar ölkənin müxtəlif ərazilərində – Xızı, Kürdəmir, Şamaxı, Quba və digər rayonlarda olub.

Akademiya prezidentinin sözlərinə görə, AMEA-nın geri qaytarılmış torpaqları bundan sonra müxtəlif istiqamətlər üzrə istifadə ediləcək.

A.Əlizadə əminliklə bildirib ki, geri qaytarılmış bu torpaqlar AMEA-ya böyük səmərə gətirəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600