!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"BÜYÜKFIRAT" uşaqları sevindirdi - FOTOLAR

!Reklam – Yazi

Milli Məclisin deputatı Ramil Həsənlə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB)  sədri Hüseyin Büyükfıratın həmtəsisçiliyi ilə yaradılan “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması uşaqları sevindirib.

Yenicag.az xəbər verir ki, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Büyükfırat” restoranı Yasamal rayonu, Hüseyin Cavid prospektində açıq havada uşaqlar üçün musiqili, əyləncəli tədbir təşkil edilib.

Tədbirdə Dj Nurlan biri birindən dinamik musiqilərlə uşaqların ruhunu oxşayıb, aktrisa Vüsalə maraqlı suprizləri ilə balacaları sevindirərək unudulmaz anlar yaşadıb.

Eyni zamanda, uşaqlar “Büyükfıra”t mətbəxinin ləziz təamlarından dadıblar.

Keçirilən intellektual yarışmada iştirak edən bütün uşaqlar hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, “Büyükfırat” ailəsinin təşkil etdiyi əyləncəli aksiyada ən önəmli məqamlardan biri də Səbail Rayon Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 44 günlük Qarabağ savaşında canlarını fəda etmiş şəhid övladlarının tədbirə dəvəti olub.

Tədbir müddəti ərzində şəhid övladları digər iştirakçılar və təşkilatçıların xüsusilə diqqət mərkəzində olub.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv