Cabbardan İNANILMAZ ETİRAF: “Könül Kərimova ilə məni xanımım birləşdirib”

Aparıcı Zaur Kamal canlı yayımda bəstəkar Cabbar Musayevin həyat yoldaşı ilə telefon əlaqəsi yaradaraq, ona qəfil sual ünvanlayıb.

Yenicag.az xəbər verir ki, aparıcının “Cabbarı Könülə qısqanırsınızmı” sualına bəstəkarın xanımı belə cavab verib:”Yox, qısqanmıram, buna səbəb yoxdur, bu duetin əssasında sənət birlyi var, başqa heç nə. Cabbar qısqanmaq üçün mənə əsas verməyib. Mən onu başa düşməsəm, yoxsa 35 il necə bir yerdə yaşaya bilərdik?”

Cabbar Musayev onların duet ortağı kimi birləşməsində xanımının vəsilə olduğunu bildirib:

“İlk dəfə bizi birləşdirən də elə xanımım olub. Bir mahnımı duet oxumaq istəyirdim, xanımım Könülü məsləhət gördü və özü onu duet oxumağa dəvət etdi”.

Könül Kərimova da C.Musayevin xanımı ilə bacı kimi olduğunı bildirib.

Nehru

COP29