Çağırılmamış qonaqlar QAPIDA: “Minsk qrupunun özbaşına əraziyə girməyə hüququ yoxdur” – Keçmiş dövlət müşaviri
“Azərbaycan birmənalı qaydada ATƏT-in Minsk qrupunun dövriyəyə qoşulmasının əleyhinədir, Prezident İlham Əliyev də açıq şəkildə bildirdi ki, ATƏT-lik iş qalmayıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistan və Fransanın ATƏT-in Minsk qrupunu yenidən prosesə qoşmaq cəhdinə münasibət bildirən keçmiş dövlət katibi Qabil Hüseynli səsləndirib.
Qabil Hüseynli bildirib ki, demək olar ki BMT qətnamələrinin hamısını Azərbaycan öz gücünə yerinə yetirib:
“Sülh danışıqları, sərhəddin nizama salınması və komunikasiyların açılması məsələləri ilə də ATƏT-in Minsk qrupu məşğul olmur. Bu məsələləri gündəmə gətirən birinci növbədə Fransadır. Fransa ATƏT-in Minsk qrupu vasitəsiylə Qarabağın statusu məsələsini, bütövlükdə sərhəd məsələlərini öz əlinə keçirməyə çalışır. Onlar nə qədər çalışırlarsa, çalışsınlar, ATƏT-in Minsk qrupunun özbaşına əraziyə geriməyə hüququ yoxdur. Azərbaycan qəti sürətdə mövqeyini ortaya qoyub. Rəsmi Bakı bildirir ki, Minsk qrupunun görəcəyi iş yoxdur. Bu mənada, Fransanın istəyi mümkünsüz görünür”.
Səxavət Məmməd