!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqbal Ağazadə İ. İsmayılov küçəsində daha bir izdiham yaşatdı - FOTOLAR

!Reklam – Yazi

Deputatlığa namizəd, Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə İnqilab İsmayılov 10 sakinləri ilə görüşüb.

Yenicag.az xəbər verir ki, böyük coşqu ilə keçən görüşdə ATƏT nümayəndələri də iştirak edib.

Çıxış edən İqbal Ağazadə ölkə və məhəlli problemlərdən danışıb, onların həll yollarını dilə gətirib: “Yaxşı bilirik ki, küçələr, damlar, istirahət yerləri əsaslı təmir olunmalıdır. Bütövlükdə insanların sosial durumu yaxşılaşdırılmalıdır. Uşaq pulu və təqaüdlər qaneedici formada verilməlidir”.

İnanclı insanların məsələsinə toxunan İqbal Ağazadə qeyd edib ki, hər kəsin dini inancına hörmət olunmalıdır: “Bizim öz ölkəmizdə kifayət qədər dini təhsil ocaqları olmalıdır. Hicablı qadınların sənədlərində hicablı şəkillərinin olması təmin edilməlidir”.

Böyük izdihamla keçən görüşdə seçicilər bir ağızdan bildiriblər ki, məhz İqbal Ağazadəyə səs vermək üçün 9 fevralda səsvermə məntəqələrinə axışacaqlar.

COP29

www.yenicag.az

1043
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv