!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Cahangir Əsgərov vəzifəsindən azad olundu? - YENİLƏNDİ

!Reklam – Yazi

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edildiyi iddia olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Publika.az sosial şəbəkələrə istinadla məlumat yayıb.

AZAL-ın mətbuat xidmətindən məlumat nə təsdiq, nə də təkzib edilib.

Xatırladaq ki, C.Əsgərovun vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamı yayılmayıb. Yalnız AZAL-ın strukturunda dəyişiklik edilib və vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.

Bununla da AZAL-da iki birinci vitse-prezident müəyyənləşib.

Qeyd edək ki, C.Əsgərovun 72 yaşı var. O, 1996-cı ildən “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru, 2008-ci ildən isə konsernin əsasında yaradılan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentidir.

*** 14:00

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.

Yenicag.az AZAL-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qurumun digər I vitse-prezidenti isə əvvəlki qaydada Sabir İlyasov, vitse-prezidentləri isə yenə də İlham Əmirov, Fərdil Məmmədov və Eldar Hacıyevdir.

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv