!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Canavarlar 16 yaşlı oğlanı parçaladı - Zaqatalada

!Reklam – Yazi

Zaqatalada yeniyetmə canavar hücumuna məruz qalıb.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aşağı Çardaqlar kənd sakini, 2001-ci il təvəllüdlü Məhəmməd Ramiz oğlu Məmmədov kəllənin gicgah nahiyəsinin dişlənmə xəsarəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Məhəmməd Məmmədov Azərbaycanın Gürcüstanla həmsərhədində, Zaqatala rayonu Aşağı Çardaqlar kəndinin inzibati ərazisində meşə massivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hücumuna məruz qalıb. O həkimlərə bildirib ki, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib.

Ona quduzluq əleyhinə iynə vurulub, vəziyyəti normaldır.

Yenicag.az

www.yenicag.az

1431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv