Canlı yayımda aparıcını söydü-Video
Məşhur boksçu Mayk Tayson canlı yayımda əsəbini cilovlaya bilməyib.
Əfsanəvi idmançı yenə xoşagəlməz hadisənin “qəhrəmanı” olub. Tanınmış jurnalist Natan Daunerin verilişinə qatılan M.Tayson müsahibə zamanı aparıcını təhqir edib.
Jurnalistin keçmiş məhkuma zorakılıq və cinsi əlaqə ilə bağlı verdiyi hər sual situasiyanı daha da gərginləşdirib.Nəticədə Mayk dözməyib aparıcını küçə söyüşləri ilə təhqir edib. Natan qalmaqalın daha da böyüməməsi üçün mövzunu dəyişərək idmançını sakitləşdirməyə çalışıb.
Çəkiliş bitdikdən sonra, aparıcı M.Taysona yaxınlaşaraq verdiyi qeyri-peşəkar suallara görə üzr istəyib.