Canlı yayımda jurnalistin sualı Ərdoğanı özündən çıxardı-Video
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına canlı müsahibəsi zamanı ona suallar ünvanlayan Oğuz Haksever adlı jurnalistə sərt cavab verib.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oğuz Haksever, Ərdoğana HDP (Halkların Demokrasi Partisi) haqqında dediyi fikirlərin xeyli kəskin olduğunu bildirib.
Buna sonra Ərdoğan əsəbiləşib və ondan kəskinliyin nə olduğunu soruşub. Nəticədə, Oğuz Haksever çıxılmaz vəziyyətdə qalıb.
Oğuz Haksever sonradan vəziyyəti yoluna qoymağa çalışsa da, buna nail olmayıb.