!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Çaparlar niyə Federasiyadan narazıdır? - Prezidentə faktlarla MÜRACİƏT EDİLDİ

!Reklam – Yazi

Azərbaycan atçılarının, daha doğrusu, atçılıq idman növünün problemləri getdikcə daha da ciddiləşir.  Respublika Atçılıq Federasiyasının günahı ucbatından özünün böhran dövrünü yaşayan bu sahənin inkişafı üçün vaxtında zərurui addımlar atılmasa, sonra gec olacaq.

Azərbaycan atçıları yaranmış acınacaqlı vəziyyətin aradan qaldırılması üçün ölkə başçısı Cənab İlham Əliyevə müraciət ediblər.

Yenicag.az  xəbər verir ki, “Rupor”a daxil olan müraciətdə bildirilir:

“Sizin atçlılar Qarabağ və Dilboz cinsli atların artırılması və yetişdirilməsinə yönəlmiş qərarlarınız bu sahənin maddi-texniki bazasının yaxşılaşdırılması və damazlıq işlərinin aparılmasına göstərdiyiniz diqqət bu sahəyə olan diqqətinizin göstəricisidir. Bütün bunlara görə, sizə bir daha öz dərin minnətdarlığımızı bildiririk.
Qeyd etmək istəyirik ki, istənilən damazlıq seçiminin son mərhələsi atlar cıdır meydanına çıxarılmadan həyata keçirilə bilməz. Sizin tapşırığınızla bu işin təşkili 2010-cu ildən etibarən Respublika Atçılıq Federasiyasına həvalə olunmuşdur. Üzərindən 10 il keçməsinə baxmayaraq, Azərbaycan atçılığı bütün digər idman növlərindən geridə qalmış, demək olar ki, tam tənəzzülə uğrayıb. Bu müddət ərzində at yarışlarını lazımi səviyyədə keçirmək mümkün olmadı. Daha çox reklam xarakterli tədbirlər keçirildi. Yarışlarda uduşların verilməsi problemə çevrildi. Mədəni və kütləvi idman sahəsi olmasına baxmayaraq, əksər at sahibləri və həvəskarlar cıdır meydanından uzaqlaşdırıldı. Bu işdə ən çox ziyan çəkən məhz milli atçılığımız oldu. Gözlənilirdi ki, sizin göstərişlərinizdən sonra Qarabağ və Dilboz cinsli atları yetişdirənlərə dəstək olunacaq, lakin bütün ümidlərimiz puça çıxdı. Məmurlara qarşı ciddi xəbərdarlığınıza baxmayaraq, Azərbaycan Atçılıq Federasiyasında çaparlara, mehdərlərə, məşqçilərə və at sahiblərinə qarşı özbaşınalıq, haqsızlıq davam edir. 2019-cu ilin may ayında cıdır mövsümünün bağlanışı olub. cıdır yarışlarının keçirilməsindən 1 il ötsə də, qoyulan uduş məbləğinin bir hissəsini biz atçılar ala bilməmişik. Dəfələrlə Atçılıq Federasiyasına müraciət etsək də, müxtəlif bəhanələr gətirərək bizi cavabsız qoyublar”.

Atçılar onu da qeyd edirlər ki, hippodromun vəziyyəti bərbad gündədir:

“Hər tərəf zibi yığınıdır.  Atlara baxmağa gələn yerli və xartici qonaqlar pis gündə olan cıdır zolağını, atların saxlanıldığı yeri, antisanitar vəziyyətdə olan sanitar qovşağı gördükdə durumumuza acıyırlar. Xarici qonaqlar bu görüntüləri çəkib geri qayıdırlar.  Hippodromun qaçış zolaqları standartlara uyğun olmadığı üçün neçə-neşə at burada zədələnir və yarışlara yararlı olmurlar”. 

Atçılar hesab edirlər ki, bu sahəni ayaqda saxlamaq üçün yeni qurumun yaradılmasına ehtiyac vardır:

“Biz atçılar Qarabağ və Dilboz cinsli atların məhv olmasına biganə qala bilmərik. Bu atların taleyinin bir qrup məsuliyyətsiz şəxsin ixtiyarına buraxmaq olmaz”. 

2020-ci ildə milli çövkən oyunlarında yüksək nəticələr əldə edən atçılarımız bu gün istixanalarda və digər yerlərdə fəhləlik etməyə məcbur qalıblar. Pandemiya dövründə atçılarımıza yardım etmək əvəzində, onlardan atların saxlanılmasına görə, yer pulu tələb olunur.

Narazı atçılar milli sərvətimiz olan Qarabağ, Dilboz, İngilis və Ərəb at cinslərinin yetişdirilməsi ilə məşğuldurlar:

“Atçılar bu işdən nəinki heç gəlir belə götürmür, əksinə atların bəslənməsi üçün şəxsi vəsaitlərini xərcləyirlər. Biz əminik ki, milli cins atlarımızı yetişdirmək, artırmaq, bəsləyib təlim keçməklə vətənimizə və millətimizə, dövlət maraqlarımıza xidmət edirik. Qeyd etmək istəyirik ki, 2014-cü ildə dəstəkçi sahibkarlar hesabına cıdır yarışlarına 700.000 dollar ümumi uduş fondu qoyulub. Növbəti illər ərzində bu sahənin inkişafı üçün Heydər Əliyev Fondu, “Paşa Sığorta”, “Azərsun” və “Embawood” şirkətinin dəstəyi ilə Federasiyaya külli miqdarda pul vəsaitləri ayırılıb. Amma Federasiya tərəfindən cıdır yarışlarına qoyulan illik uduş fondu məbləği 200.000 manat təşkil edir. Hər il 100-150 at cıdır yarışlarında iştirak edir. 200.000 AZN uduş fondundan atların cıdır yarışında iştirak edə bilməsi üçün Federasiya tərəfindən yenidən 1% məbləğ tutulur”.

Məktubda atların saxlanması üçün tələb olunan vəsait də qeyd olunub:

– Hippodromda 12 kv.m-lik at tövləsində bir atın durması üçün bir aylıq kirə 50 AZN
– Bir ata gün ərzində 8-kq vələmir verilir ki, bu da 4 AZN edir və ay ərzində 120 AZN.
– Bir at ayda 12 bağlama ot yeyir və ay ərzində 60 AZN.
– Bir ata aylıq baxım xərci 50 AZN.
– Bir atın jokey(idmançı) tərəfindən idman etdirilməsi aylıq 50 AZN.
– Bir atın məşqçi pulu 50 AZN
– Bir atın dırnaqlarının təmizlənib nallanması 40 AZN, nal və mismar pulu 40 AZN – ayda 80 AZN.
– Bir atın aylıq vitaminləri (alma, kök və.s) 60 AZN.

“Nəzərə alsaq ki, cıdır yarışlarında iştirak edən bir atın aylıq xərci cəmi 470 AZN-dir. Cıdır yarışlarında 170.000 AZN civarında uduş fondu olur. 12 aya böldükdə bu, hər aya 14166 AZN düşür. 14166 AZN-i 150 at sayına böldükdə isə bir ata 94 AZN uduş pulu düşür. Beləliklə, hər at sahibi öz büdcəsindən əlavə 376 AZN pul xərcləməli olur”.

Atçılar hesab edirlər ki, bu sahənin ayaqda qalması üçün illik 705 000 AZN uduş fondu olmalıdır.
Qeyd olunur ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmiş Qarabağ və Dilboz atları ilə 7-8 komandanın (hər bir komanda 7 oyunçu) iştirakı ilə keçirilən milli cövkən oyununa il ərzində 50.000 AZN uduş fondu qoyulur. Bu məbləği 128 idmançı və atına böldükdə 390 AZN olur: “Bunun nəticəsi olaraq at sahibləri qiymətli cins atları Azərbaycanın qonşu ölkələrə və kəndlərə yük atı qismində satırlar”. 

Azərbaycan Atçıları ölkə Prezidentindən yuxarıda göstərilən problemlərin həlli üçün aidiyyəti qurumlara göstəriş verməsini xahiş edirlər.

www.yenicag.az

1199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv