!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Cash" problemi, yeni ödəniş sistemləri: "Həmin o məhdudlaşdırılan..." - RƏY

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisdə keçirilən plenar iclasda ödəniş xidmətləri ilə bağlı müzakirələr gedib. Belə ki, millət vəkili Tahir Mirkişili bildirib ki, ödəniş xidmətləri və ödəniş sistemləri yaxşılaşdırılacaq, nağdsız ödənişlərin əhatə dairəsinin daha da artırılmasına təkan veriləcək.

Bu qərarın iqtisadi cəhətdən hansı perspektivləri var? Əhaliyə bir üstünlüyü olacaqmı?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadi ekspert Nazim Bəydəmirli bildirib ki, illər öncə yeni ödəniş sistemlərini Mərkəzi Bank məhdudlaşdırırdı:

“Hansı ki, “Paypal”, “Google Pay” və s. sistemlər dünyanın çox ölkəsində istifadə olunurdu. Müxtəlif səbəblərdən məhdudlaşdırdılar. İndi də müəyyən limitlər var. Məsələn, bitkoini götürək. xarici ölkələrdən mədaxil və məxaric problemləri var. Komissiyaları aşağı salmaq lazımdır. Ancaq bir çox hallarda şəbəkələr qurulmadığından, inhisarçılıq səbəbindən mənfi təsirlər yaranır. Bütün bunları inkişaf etdirmək lazımdır. Ona görə də bu cür qərarları mən müsbət qarşılayıram. Lakin problemlərin səbəblərini də araşdırmaq lazımdır”.

Şahanə Paşa

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv