Çayxanada qan su yerinə axdı
Bərdədə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Hadisə rayonun Bakı küçəsində yerləşən çayxanalardan birində baş verib.
Belə ki, Bərdə rayon sakini 14 yaşlı Atabəy Xanlarov üzərindəki bıçaqla 17 yaşlı Aqşin Sadıqova 2 bıçaq zərbəsi endirib. Kürək və sinə nahiyəsindən yaralanan Aqşin Sadıqov yaxınlarının köməkliyilə Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilib.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti yaxşıdır.
Hadisəni törədən Atabəy Xanlarov azyaşlı olduğundan polis şöbəsində saxlanılmayıb və nəzarətə götürülüb.