Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Cazibədar aktrisa: "Bunu bir o bilsin, bir də Allah, desən, günaha batarsan"

“Belə çətin günlərdə hamı bir-birinə əl tutmalıdır, gücü çatan qədər yaxınına, qohumuna, imkansıza kömək etməlidir. Amma bunu şoulaşdırmamalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa və aparıcı Aysel Nazim söyləyib.

Aktrisa verdiyini el-aləmə nümayiş etdirən insanlara səslənib:

“Dinimizdə də buyurulub ki, sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır. Əgər edilən yaxşılıq dilə gətirilirsə, o halda savabı itir. Təəssüf ki, belə ağır dönəmlərdə bir çox insanlar etdiyi yardımı videolara çəkib paylaşır, bununla özünü reklam edir. O yardım etdiyiniz insanların psixoloji halını düşünün, özünüzü onun yerinə qoyun. Axı hər kəsin qüruru var, onları sındırmaq, utandırmaq Allah qarşısında günahdır. Etdiyiniz yaxşlığı da bu günahla yerə vurursunuz. Bunu elə etmək lazımdır ki, bir o bilsin, bir Allah, desən, günaha batarsan. Bəziləri özlərinə haqq qazandırmağa çalışır ki, güya bunu hamı etsin deyə çəkib göstərirlər. O halda sadəcə görüntülü çağırış etmək lazımdır. Verdiklərini qutuya qablaşdırmağınızı, onları insanlara paylamağınızı, o çarəsiz insanları ağlatdığınızı, sizə az qala yalvarıb minnətdarlıq etdiyini çəkib yaymaq Allaha xoş getməz. Belə şoular etməyin, Allahdan qorxun”.

Aysel karantin dövründə məşğuliyyətindən də danışıb, başını videolarla qatdığını deyib:

“Instagram”da türkiyəli məşhurlarla canlı müsahibələr edirəm. Oğlumla bərabər videolar çəkib paylaşırıq. Dünyada trend olan “challeng”lərə də qoşuluruq.
Bu koronavirus məni videobloger də etdi”.

Cəvahir

www.yenicag.az

999