!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəbhədə artan gərginliyin PƏRDƏARXASI: “Paşinyanın Ermənistan ordusu üzərində nəzarəti tam deyil” - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan ordusundakı generalitetin müəyyən hissəsi Rusiyaya biət etmiş hərbçilərdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər Ermənistan istiqamətindən Azərbaycanın müxtəlif ərazilərinin atəşə tutulmasının Nikol Paşinyanın “Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq və Qərb dövlətlərini prosesə cəlb etmək” niyyətindən qaynaqlandığına dair fikirlərə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin atəşə tutulmasının arxasında Rusiyanın dayandığı şübhə doğurmur:

“Bu gün Ermənistan və onun hakimiyyəti hər hansı müstəqil addım atmaq iqtidarında deyil. O baxımdan, Paşinyanın guya hansısa məqsəd naminə cəbhədə gərginliyi artırmaq cəhdinə əl atması məsələyə çox səthi yanaşma olardı.

Bildiyiniz kimi, Ermənistan ərazisində Rusiyanın geniş hərbi kontingenti yerləşdirilib, az qala bütün infrastrukturuna nəzarət Rusiya şirkətlərrinin əlindədir. Eyni zamanda, Ermənistan ordusundakı generalitetin müəyyən hissəsi Rusiyada təhsil alıb və o ölkəyə biət edir.

Mən o fikirdə deyiləm ki, Paşinyan ölkənin Silahlı Qüvvələri üzərində nəzarəti itirib. Lakin ordunun daxilindəki bəzi generallar, o cümlədən orta və aşağı zabit heyətindəki bir sıra hərbçilərin əmri Moskvadan aldıqları şübhə doğurmur.

Həmçinin başda “Qarabağ klanı” olmaqla, Rusiyanın Ermənistanda heç də zəif olmayan “5-ci kolon”u mövcuddur. Belə bir vəziyyətdə Rusiya onların əli ilə müəyyən təxribatlar törətməkdə çətinlik çəkmir. Mənə belə gəlir ki, cəbhədə gərginliyin artmasının arxasında Rusiyanın bölgədəki mövqelərini gücləndirmək məqsədi dayanır”.

A.Zeynalov

www.yenicag.az

1104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv