!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəbrayıl rayonu necə azad edildi? – “Düşmənin böyük müqaviməti ilə rastlaşsaq da...” – Ordumuzun zabiti / VİDEO

!Reklam – Yazi

“Mən bölüyümlə Araz qırağından sağ tərəfdə olan düşmənin üç mövqeyini ələ keçirdik”.

Yenicag.az xəbər verir ki, bu fikirləri 44 günlük Vətən müharibəsində Cəbrayıl rayonunun işğaldan necə azad olunmasını təsvir edən Azərbaycan ordusunun zabiti REAL TV-nin hazırladığı sənədli filmdəki çıxışında deyib.

Zabitin sözlərinə görə, mövqelərini itirən düşmən qüvvələri əks-hücuma keçməyə cəhd göstərsə də, bölmələrimiz buna imkan verməyib:

“Sentyabrın 27-də əməliyyat taborunun bir bölüyü ilə Cəbrayılın girişindəki abidənin qarşısından təyin olunmuş marşrut üzrə istiqamət aldıq və yolun sağı ilə hərəkətə başladıq.

Göstərdiyim istiqamətdəki körpünü ələ keçirdik. Körpünün sağ tərəfində yerləşən mövqedə düşmənin bizim “qırmızı manqa” adlandırdığımız manqa dayanmışdı. O mövqe Cəbrayıl-Horadiz yolunu tam nəzarətdə saxlamağa imkan verirdi.

Həmin mövqeni məhv etdikdən sonra bizim “iki kamera” adlandırdığımız düşmən bölüyünün, minamyot batareyasının üzərinə kolon şəklində hərəkət etməyə başladıq.

Düşmənin böyük müqaviməti ilə rastlaşsaq da, mövqeni ələ keçirdik. Düşmən bizim müqavimətimizi qıra bilmədikdə, “Şe-Be” istiqamətində geri çəkilməyə məcbur oldu.

Mən bölüyümlə Araz qırağından sağ tərəfdə olan düşmənin üç mövqeyini ələ keçirdik. Bununla da düşmənin bizim sağ və solumuzdan manevr edərək hücuma keçməsinə imkan yaratmamağa çalışdıq, məqsədimizə də nail olduq”.

Daha ətraflı bu videoda:

www.yenicag.az

1133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv