!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəbrayılda bir nəfər minaya düşdü

!Reklam – Yazi

Noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə Cəbrayıl rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla Xanlar Aslanovun kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv