Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verildi

media-hightechnic-468x90

Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd “İJ-26” markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib.

Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri bir ədəd “AK-74” markalı avtomat silahını, 28 ədəd patronu və üç ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa