Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Cəlilabadda evdən oğurluq edən şəxslər saxlanıldı

Cəlilabad rayonunda evdən noutbuk və spirtli içkilər oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, hadisə rayonun Qarazəncir kəndində baş verib.

Belə ki, bu barədə rayon polis şöbəsinə məlumat verən həmin kənd sakini Əflatun Zeynalov bildirib ki, hazırda Rusiya Federasiyasında yaşayan qardaşı Vaqif Zeynalovun evindən 1700 manat dəyərində bir ədəd noutbuk, qiyməti 1000 manat olan spirtli içkilər, həmçinin bir ədəd antena oğurlanıb.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin kənd sakinləri – Elvin Mehtizadə və Asif Ağayev saxlanılıblar. Onlardan mənzildən oğurladıqları noutbuk aşkar edilərək maddi sübut kimi götürülüb.

www.yenicag.az

314
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM