Cəlilabad rayonunun Azərbaycan küçəsində yerləşən iki mərtəbəli yaşayış evində baş verən yanğın söndürülüb.
Yenicag.az xəbər verir ki, hadisə zamanı evdə təxminən 6-7 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinın Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər.
Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə nəticəsində təxminən 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az