Çempionlar Liqasının final biletləri püşkatma ilə satılacaq

media-hightechnic-468x90

Çempionlar Liqasının finalında “Yuventus”la qarşılaşacaq “Real” maraqlı qərar qəbul edib.

Yeniçağ.Az xəbər verir ki, Madrid təmsilçisi həlledici qarşılaşmanın biletlərini püşkatma vasitəsi ilə satışa çıxaracaq.

Məsələ burasındadır ki, UEFA İspaniya klubu üçün 14 min 645 bilet ayırıb. Bilet almaq üçün kluba müraciət edənlərin sayı isə 44 min 755 nəfərdir. Bu səbəbdən ədalətli seçim etməyi düşünən “kral klubu”nun rəhbərliyi biletlərin püşkatma vasitəsi ilə satılmasına qərar verib.

Qeyd edək ki, püşkatma klubun şəxsi televiziya kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600