“İmişli” və “Araz-Naxçıvan” oyununda qalib müəyyənləşmədi
Azərbaycan Premyer Liqası təmsilçilərindən “İmişli” və “Araz-Naxçıvan” yoxlama oyununda üz-üzə gəliblər.
Yenicag.az xəbər verir ki, tərəflər qarşılaşmada hərəyə 2 dəfə fərqlənərək meydanı bərabərliklə tərk ediblər.
Görüş Bakı Olimpiya Stadionunun köməkçi meydançasında keçirilib.













