!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cenevrə görüşü Suriya düyününü aça biləcək?  

!Reklam – Yazi

Suriya ətrafında danışıqlar prosesi deyəsən, artıq intensivləşir. Belə ki, Qazaxıstanda Türkiyə, Rusiya və İranın dəstəyilə Suriyadakı döyüşən tərəflərin bir masa arxasına gəlməsinin ardınca, fevralın 23-də Cenevrədə görüş baş tutacaq. Bununla bağlı olaraq, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura danışıqlarda iştirak edəcək ölkələrə artıq dəvət göndərib.

Görəsən, Cenevrə görüşü Suriyadakı mövcud vəziyyətin nəhayət ki, durulmasına gətirib çıxaracaqmı?

Yeniçağ.az-a açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Astanada olduğu kimi, Cenevrə görüşündən də müsbət istiqamətdə nəsə gözləmədiyini bildirdi:

“Ümumiyyətlə, indiyədək olan görüşlərin prinsipial şəkildə Suriyada baş verən proseslərə hər hansı bir təsirinin olmadığını gördük. Suriyada cərəyan edən proseslər elə bir düyündür ki, onu iştirakçı dövlətlərin maraqları, baxış bucaqları və hədəfləri daha da çətinləşdirir. Tərəflər öz maraqlarından geri çəkilmək istəmirlər. İstər İran, istər Rusiya və ya Qərb, istərsə də Türkiyə olsun, hər birinin öz marağı, öz hədəfi var. Suriyada gedən müharibənin mahiyyətində duran problem də həmin maraqların toqquşmasından qaynaqlanır. Nə qədər ki, sözügedən dövlətlər bu maraqları uzlaşdıra bilməyib, qarşıdurma davam edəcək. Cenevrə danışıqlarında ola bilsin ki, hər hansı lokal razılaşma əldə edilsin. Bundan əvvəl Astanada da bu cür lokal razılaşmalar əldə edildi. Amma bu razılaşmaların da azmüddətli olduğunu gördük. Astana görüşündən bir neçə gün sonra, münaqişə yenidən alovlandı, tərəflər bir-birinə zərbə endirməyə başladılar. Rusiya təyyarələrinin “təsadüfən” Türkiyə əsgərlərinə endirdiyi hava zərbələri Astana görüşündən sonrakı prosesdir. Başqa bir məqam Suriyada müxalif qüvvələrlə bağlıdır. Bu qüvvələrin öz aralarında belə monolitlik, fikir birliyi yoxdur. Əksəriyyəti, İŞİD və Əsəd təhlükəsinə qarşı bir hərəkət etsələr də, sonrakı mərhələdə silahlarını bir-birinə çevirəcəkləri tam aşkardır. Suriya müxalifəti vahid, monolit qüvvə deyil ki, onların hamısını bir masa arxasına toplayıb, razılığa gələ biləsən. Belə bir mürəkkəb və qarışıq vəziyyətin olduğu şəraitdə Cenevrədə atəşkəs və yaxud siyasi məsələdə hər hansı bir prinsipial razılıq əldə olunacağına inanmıram. Sadəcə, lokal xarakterli razılaşmalar olacaq, amma onun da uzunömürlüyünü təmin etmək çox çətindir”.

ELÇİN
Yeniçağ.az

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv