Cənubi Koreyada leysan 19 nəfərin həyatına son qoyub
Cənubi Koreyada leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 19-a çatıb, daha 9 nəfər itkin düşüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb.
Təsirə məruz qalan ərazilərdə bərpa işləri aparılır. Nazirliyin məlumatına görə, iyulun 16-20-də pik həddə çatan təbii fəlakət nəticəsində 7 minə yaxın binaya ziyan dəyib. 14 mindən çox insan təxliyə edilir.