!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqaz üçün yeni GƏRGİNLİK MƏNBƏYİ: “NATO-ya üzvlük məsələsi gündəmə gələrsə...”

!Reklam – Yazi

“Gürcüstanın Avropa İttifaqına istiqamətlənməsi Rusiyanı o qədər də qıcıqlandırmadı”.

Bu fikirləri Gürcüstanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizədlik statusu qazanmasının Cənubi Qafqazdakı proseslərə mümkün təsirini şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən dönəmdə Aİ-yə üzvlüklə bağlı Gürcüstana məhdudiyyətlərin tətbiq olunması Tiflisdə inciklik yaratmışdı:

“Bundan sonra Avropada Gürcüstana qarşı ögey münasibətin bəsləndiyinə dair fikirlər daha da möhkəmləndi. Çünki Ukrayna və Moldovaya “yaşıl işıq” yandırıldığı halda, Gürcüstana müəyyən şərtlər qoyulurdu. Ancaq son qərardan sonra Gürcüstanın ictimai rəyində müsbət ab-havanın yarandığı müşahidə edilir.

Gürcüstanın siyasi idarəetməsində müəyyən çalarlar özünü gələcək proseslərdə də büruzə verəcək. Hakim partiya Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində səyləri artırmağa çalışır. Bu, Gürcüstan iqtisadiyyatı üçün də müəyyən dividendlər qazandırır.

Eyni zamanda, Rusiyaya qarşı Cənubi Qafqazda cəbhə açılması üçün Qərbdən Gürcüstana təzyiq edilsə də, Tiflis o basqılara davam gətirə bildi. Nəticə etibarilə, Gürcüstanın Avropa İttifaqına istiqamətlənməsi Rusiyanı o qədər də qıcıqlandırmadı.

Çünki Gürcüstanın hakim partiyasının Rusiya ilə bağları möhkəmdir. Əgər hansısa ciddi addımlar atılarsa, yəni NATO-ya üzvlüklə bağlı məsələlər gündəmə gələrsə, o zaman Rusiyanın sərt tədbirlərə əl atacağı istisna olunmur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv