!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqaz uğrunda SAVAŞ: Rusiya, yoxsa Avropa İttifaqı qalib gələcək?

!Reklam – Yazi

“Rusiya ilə Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanaması məsələsində gizli və ciddi yarışdadırlar”.

Bu sözləri Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ehtimalı və Qərblə Rusiyanın rəqabətini şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, Cənubi Qafqaz uğrunda güclərin rəqabəti gedir:

“Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi müstəqil iradəyə malik deyil. Rusiya hansı yol xəritəsini cızsa, Ermənistan da o yol xəritəsi üzrə hərəkət edir. İndiki halda Rusiyanın Cənubi Qafqazdakı hadisələrə təsir etmək imkanı yoxdur, çünki başı Ukraynadakı müharibəyə qarışıb. Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinni imzalanmasında maraqlı deyil. İlham Əliyevlə Nikol Paşinyanın Brüsseldəki görüşü ərəfəsində hər iki tərəfin delimitasiya komissiyası sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Moskvada görüş keçirirdi.

Sanki Rusiya ilə Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanaması məsələsində gizli və ciddi yarışdadırlar. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması hansı gücün təsir dairəsində həyata keçəcəksə, hər iki tərəfin həmin gücü qəbul etməsi kimi qəbul olunacaq. Gələcəkdə iki dövlət həmin güclə daha sıx əlaqə qura biləcək. Əslində, bu, Cənubi Qafqaz uğrunda güclərin rəqabətidir. Hələ ki güclərin heç biri qabağa keçmədiyinə görə düşünürəm ki, proses status-kvo vəziyyətini saxlayacaq və irəliyə doğru ciddi addımlar atılmayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv