“Putin Rusiya-Türkiyə münasibətlərinin Azərbaycan vasitəsilə həll oluna biləcəyini güman etmir. O, Ərdoğanla təmaslardan vaz keçmək fikrində deyil”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
“Türkiyə ilə Azərbaycanın yaxınlığını nəzərə alsaq, təbii ki, Türkiyəyə konkret mesajların verildiyi, xüsusən də münasibətlərdə gərginlik olanda bəzi mesajların Azərbaycan üzərindən verilə biləcəyi halları bilirəm. Düşünürəm ki, Putinin Azərbaycana səfərinin öz əhəmiyyəti var”, – deyə o qeyd edib.
Zatulin erməni jurnalistin “Putin İlham Əliyevlə Ermənistan-Azərbaycan münasibətlərini, kommunikasiyaların bloklanmasını və s. və bütün bunları erməni tərəfinin olmadığı bir vaxtda müzakirə edib” sualına belə cavab verib: “Əgər Putin Azərbaycana rəsmi səfərə gedirsə, çətin ki, buna görə onu qınasınlar. Putin Ermənistandan tərcüməçi ilə Azərbaycana getməlidir? Putin Əliyevlə Rusiya-Azərbaycan münasibətlərini müzakirə edib. Əlbəttə ki, Qarabağda baş verənlərlə bağlı suallar və müzakirələr, sülh müqaviləsi və digər məsələlərlə bağlı müzakirələr olub. Hamısı çox təbiidir. İstənilən dövlət xadimi, istər Rusiyadan, istər Avropa İttifaqından, istərsə də ABŞ-dən olsun, Azərbaycana və ya Ermənistana gəlsə, şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında mövcud münasibətləri müzakirə edəcək. Aydındır ki, Putin Ermənistanla bağlı fikirlərini Azərbaycanla yox, Ermənistanla təmaslarından formalaşdırır. Amma hər halda Azərbaycanla bu məsələləri müzakirə edəcək. Bununla belə, Putinin Azərbaycana səfər etmək üçün Ermənistanın razılığını almalı olduğunu təsəvvür etmək mənə elə gəlir ki, anlayışdan kənardır”.
Dövlət Dumasının deputatının sözlərinə görə, həm Ermənistanla, həm də Azərbaycanla münasibətlər fərqli şəkildə, şəxsi və rəsmi müstəvidə qurulur: “Demək istəyirəm ki, Zaqafqaziyada baş verənlər bizi maraqlandırmır. Putin təbii ki, hər kəslə, o cümlədən Azərbaycan və Ermənistanla onların münasibətlərində gələcəkdə nələrin baş verəcəyi, Rusiyanın bu ölkələr arasında vəziyyətin sakitləşməsinə necə dəstək ola biləcəyi ilə bağlı məsləhətləşir. Düşünürəm ki, Putin həm Azərbaycan, həm də Ermənistanın indi danışıqları Rusiya tərəfində deyil, Qərb tərəfində aparmağa üstünlük verməsi faktını aydın şəkildə dəyərləndirir”.
www.yenicag.az