!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazda geosiyasi GƏRGİNLİK: Gürcüstan parlamenti qalmaqallı qanunu TƏSDİQLƏDİ

!Reklam – Yazi

“Bütün hallarda Gürcüstan hökuməti artıq o mövqedədir ki, üç oxunuşda qəbul edilmiş və prezident tərəfindən veto qoyulmuş “Xarici agentlər haqqında” qanun dəyişiklik edilmədən qəbul olunsun. Çünki Tbilisi administrasiyası bu məsələdə artıq prinsipial mövqe nümayiş etdirir”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi Gürcüstanda bu gün qəbul olunmuş “Xarici təsirin şəffaflığı haqqında” qanundan, habelə qonşu ölkədə növbəti perspektivdə baş verə biləcək proseslərdən söz açıb.

O.Qasımova görə, sözügedən qanunun qəbulu Gürcüstanda etirazlara səbəb olacaq, habelə müxalifət bu qanundan narazı kütlələr küçələrə axışacaq:

“Bütün bunlara baxmayaraq, Gürcüstan hökuməti ay yarımdır ki, baş verən təzyiqlərə davam gətirir və Tbilisi hakimiyyətinin mövqeyində bir dəyişiklik yoxdur. Bu baxımdan, müəyyən gərginlik olacaq, amma qanun qəbul ediləcəksə, artıq Gürcüstan prezidentinin dediyi variant işə düşəcək. Salome Zurabişvili demişdi ki, hökuməti küçə etirazları ilə yox, seçkilər vasitəsilə dəyişməyə hazırlaşmalıyıq”.

Siyasi şərhçinin fikrincə, hazırkı gərginlik seçkilərə qədər davam edəcək:

“Əgər Gürcüstan hökuməti təzyiqlərə davam gətirsə və seçkiləri qazansa, onda Qərblə münasibətlərdə gərginlik davam edəcək. Bu gün Cənubi Qafqazda vəziyyət elədir ki, Qərb Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına çalışır. Rusiya da Ukrayna müharibəsindən dolayı, diqqəti nə qədər savaşa yönəlsə də, Cənubi Qafqazı da unutmur. Odur ki, hazırkı geosiyasi gərginlik bir az da gərginləşəcək”.

Politoloq hesab edir ki, Cənubi Qafqazdakı proseslər daha çox Ukrayna savaşının gedişatından asılı olacaq:

“Hələlik bölgədə səngimə yoxdur. Ona görə ki hazırda Ermənistanın özündə belə gərginlik davam edir, keşiş Baqratın tərəfdarları aksiyalarını davam etdirirlər. Onlar Azərbaycanla münasibətlərin normallaşmasını istəmədiklərini bəyan edirlər, eyni zamanda, Baş Nazir Nikol Paşinyanı devirməyə çalışırlar. Digər tərəfdən isə Gürcüstandakı vəziyyət bəllidir. Bundan əlavə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasına qədər xeyli məsafə var. Qısacası, Cənubi Qafqazda gərginlik hələ bir müddət də davam edəcək”.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, o, “xarici agentlər haqqında” qanunu imzalayıb, ondan sonra qüvvəyə minib. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Bundan əvvəl Gürcüstan parlamenti mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü və yekun oxunuşda qəbul edib.

Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsinə veto qoyub. Dövlət başçısı xüsusilə qanunun qüvvəyə mindikdən ertəsi gün dərhal ləğv edilməsini tələb edib.

Xatırladaq ki, qanun layihəsi xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını və KİV-ləri xüsusi reyestrdə qeydiyyatdan keçməyi və illik bəyannamə doldurmağı öhdəsinə götürür.

Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə hazırlanan qanun layihəsi ölkədə kütləvi etirazlara səbəb olub.

Rafi Müslümov

COP29

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv