!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazda müharibə ehtimalı: “Azərbaycan Ermənistanı sülhə məcbur etmə siyasətini davam etdirməlidir”

!Reklam – Yazi

“Azərbaycan Ermənistan ərazisindəki hərbi obyektləri qanuni hədəf kimi məhv etməlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Cənubi Qafqazda müharibə ehtimalı barədə verilən proqnozları şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Elşad Musayev bildirib ki, Azərbaycan müharibəyə hazır olmalıdır.

“Cənubi Qafqazda müharibə ehtimalı böyükdür və bu heç kəsə sirr deyil. Çünki bura maraqlı bölgədir. Xüsusən də regiondakı enerji resursları və Orta Asiyadakı enerji resursları bu regiondan keçməlidir. Bundan əlavə, bu region tranzit rolunu oynayır, – deyə o qeyd edib.

Partiya sədri əlavə edib ki, indiki halda Azərbaycana müharibə etmək sərf etmir:
“Çünki dövlətin qarşısında müəyyən vəzifələr var. Bunları həyata keçirmək lazımdır. Ancaq bütün hallarda Ermənistan silahlandırılır. Bu səbəbdən də Azərbaycan müharibəyə hazır olmalıdır. Azərbaycan Ermənistanı sülhə məcbur etmə siyasətini davam etdirməlidir. Lazım gələrsə, müharibə olacaq. Çünki Azərbaycan böyük hədəflərinə çatmaq üçün bütün üsullardan, o cümlədən hərbi yoldan istifadə etmək məcburiyyətindədir. Əgər şərtlər bunu məcbur edirsə, Azərbaycan Ermənistan ərazisindəki hərbi obyektləri qanuni hədəf kimi məhv etməlidir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv