Ceyhun Bayramov amerikalı diplomatla görüşdü

media-hightechnic-468x90

Oktyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakı qəbul edib.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq məsələləri, habelə post-münaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, habelə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin reinteqrasiya prosesinin qarşısında duran ən böyük maneələrdən birinin aradan qaldırıldığı bildirilib.

Nazir bölgədə sülh üçün yaranmış hazırkı şəraitdə ölkəmizin hər zaman olduğu kimi sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğunu, bu xüsusda beynəlxalq ictimaiyyətin də konstruktiv mövqeyinin vacibliyini qeyd edib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600