Ceyhun Bayramov Antoniu Quttereşlə BMT-Azərbaycan münasibətlərini müzakirə edir
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibi Antoniu Quttereşlə görüşüb.
Yenicag.az xəbər verir ki, nazir öncə BMT-nin xatirə dəftərinə ürək sözlərini yazıb. A.Quttereş və C.Bayramov diplomatlar görüşdən öncə xatirə fotosu çəkdiriblər.
Görüşdə BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də, Ermənistan-Azərbaycan münasibətlərin müzakirəsi nəzərdə tutulub.
Təkbətək görüş hazırda davam edir./report