Ceyranbatan su anbarına yaxın otluq sahədə yanğın söndürüldü - YENİLƏNDİ

media-hightechnic-468x90

 

Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə Yenicag.az-a FHN Mətbuat xidmətindən xəbər verilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, məlumatla əlaqədar nazirlliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600