Cəzaçəkmə müəssisələrində kadr dəyişikliyi oldu

media-hightechnic-468x90

ddƏdliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişiklikləri olub.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakovun  verdiyi məlumata görə, ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə bir neçə təyinat olub.

Ədliyyə polkovnik-leytenantı Məmmədov Rauf Nəsrulla oğlu 12 saylı Cəzaçəkmə Müəssisəsinə, ədliyyə polkovnik-leytenantı Şirinov Vəli Güləli oğlu 15 saylı Cəzaçəkmə Müəssisəsinə, ədliyyə mayoru İsmayılov Elnur Nazim oğlu 3 saylı İstintaq Təcridxanasına rəis vəzifəsinə təyin olunublar.

Nazirin əmri ilə həmçinin ədliyyə mayoru Əliyev Cəlil Misir oğlu 17 saylı Cəzaçəkmə Müəssisənə, ədliyyə polkovnik-leytenantı Aslanov Qaçay Əvəz oğlu 12 saylı Cəzaçəkmə Müəssisənə rəis müavinləri təyin olunublar.

Ədliyyə mayoru Novruzov Vüqar Əlihüseyn oğlu isə Şəki Penitensiar Müəssisəsinə mühafizə taborunun komandiri təyin olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05