“Chelsea” Ceydon Sançonun birdəfəlik transferi üçün HƏRƏKƏTƏ KEÇDİ
İngiltərənin “Chelsea” klubu “Manchester United”in futbolçusu Ceydon Sançonu birdəfəlik transfer etmək niyyətindədir.
Yenicag.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Məlumata görə, London təmsilçisi artıq Sançonun nümayəndələri ilə ilkin danışıqlara başlayıb. Klub futbolçunun transferi ilə bağlı müqavilə şərtlərini müzakirə edir.
Qeyd edək ki, Ceydon Sanço avqust ayında icarə əsasında “Chelsea”yə qoşulub. Müqaviləyə əsasən, London klubunun futbolçunu 25 milyon funt sterlinq qarşılığında birdəfəlik transfer etmək hüququ var.
Göycə Göycəyev