Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi

media-hightechnic-468x90

Fələstin Prezidenti Mahmud Abbas parlament seçkisinin keçirilməsi haqqında fərman imzalayıb.

media-banner_tkm

Yenicag.az “Wafa” agentliyinə istinadən xəbər verir ki, yerli parlamentə – Fələstin Qanunvericilik Şurasına seçki bu il noyabrın 28-nə təyin edilib.

Sözügedən seçki baş tutacağı təqdirdə, son 20 ildə ilk seçki olacaq. Fələstin ərazilərində sonuncu dəfə analoji seçki 2006-cı ilin yanvarında keçirilib. Həmin vaxt yerlərin yarısından çoxunu (132 yerdən 74-nü) HƏMAS namizədləri qazanmışdı, hakim FƏTH partiyası 45 mandat əldə etmiş, qalan yerlər isə yerli kiçik partiya və hərəkatlar arasında bölünmüşdü.

Parlament 2018-ci ildə Konstitusiya Məhkəməsinin qərarı ilə buraxılmışdı. 2021-ci ildə də Fələstin Qanunvericilik Şurasına seçki elan edilsə də, baş tutmamışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05