UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyunu başladı - CANLI / YENİLƏNİR
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) oyunu başlayıb.
Yenicag.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitaridir.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
***19:24
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda üz-üzə gələcək “Qarabağ” və İslandiyanın “Vestri” komandalarının start heyətləri açıqlanıb.
Yenicag.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 4. Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zakariya Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
“Vestri”: 1. Marvin Steynarsson, 3. Edson, 6. İbrahima Balde, 10. Tordur Qunnar Haftorsson, 12. Tibanq Pxete, 15. Arnar Svavarsson, 17. Qunnar Yonas Hauksson, 22. Elmar Qardarsson, 23. Breki Hermannsson, 29. Konstantin Çeşmeciyev
Baş məşqçi: Daniel Osafo-Badu
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.













