Çılpaq vəziyyətdə dayanaraq... -Ukraynanı necə müdafiə etdi? - FOTO

media-hightechnic-468x90

Roma Katolik Kilsəsinin qərargahı olan Vatikanda qəribə hadisə baş verib.

Yenicag.az xəbər verir ki, tamamilə çılpaq vəziyyətdə olan bir kişi ziyarətgahın qabağında saatlarla dayanıb. Vatikan mediasında yayılan xəbərlərə görə, həmin şəxsin belində “Ukraynada müharibəyə son!”, “Uşaqları öldürməyin” kimi şüarlar yazılıb.

Həmin kişinin dırnaqları ilə özünə xəsarət yetirməsi, bədənində müxtəlif kəsiklər olması da bildirilib. Şəxs İtaliya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sözügedən vətəndaşın kimliyi ictimaiyyətə açıqlanmayıb. Həmçinin onun bu addımı həm turistlərin diqqətini çəkib, həm də sosial şəbəkələrdə viral olub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600