Çimərlikdə dəhşətli faciə

media-hightechnic-468x90

hgo'Bu dəqiqələrdə(15:00)  Bakının Novxanı çimərliyində faciəvi hadisə baş verib.

Hadisə şahidlərinin verdikləri məlumata görə, çimərlikdə çimən oğlan uşağı faciəvi hadisə nəticəsində xəsarət alıb.

Belə ki, oğlan dənizdə çimərkən Fövqəladə Hallar Nazirliyinin xilasedici qayığının pərləri uşağın üzünü parçalayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada Novxanı çimərliyində faciənin baş verməsi təsdiqlənib.

“Çimərlikdəki istirahət mərkəzlərindən birində dənizdə çimən uşaq qayıqla vurulub. Lakin qayıq Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə aid olmayıb”.

Verilən məlumata görə, hadisəni istirahət mərkəzinə aid gəzinti qayığı törədib. Hazırda uşaq təcili tibbi yardım həkimləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600