Çin kosmosda elektrik istehsal etmək niyyətindədir

Çin kosmosda elektrik istehsal edib enerji ehtiyacının böyük qismini qarşılamaq istəyir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, çinli alimlər kosmosda elektrik istehsal edib onu naqilsiz şəkildə dünyaya ötürməyin yolları üzərində işləyirlər.

Məlumata görə, Çin 2035-ci ilə qədər layihəni həyata keçirmək, 2050-ci ilədək isə istehsal həcmini artırmaq istəyir.

İlk mərhələdə orbitdə günəş panellərinin yerləşdirilərək yüksək enerjinin əldə edilməsi planlanır.