Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cinayət işinin açılması koronavirus xəstələrinin məsuliyyətini artırır? – Sosioloqun ŞƏRHİ

“Yoluxma hallarının artmasına məhz laqeyd insanlar səbəb olur və onların cinayət məsuliyyətinə cəlb olunması doğrudur”.

Ölkədə COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən ölkə ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılır. Saxlanıların bəziləri evə qaytarılsa da, əksər aktiv COViD-19 xəstələri barəsində cinayət qanunvericiliyinə uyğun olaraq cinayət işi açılır.

“Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında virusa yoluxan aktiv xəstələrə cinayət işi açılmasının yuxarıda qeyd olunan halların azalmasına mümkün təsirlərini dəyərləndirib.

Lalə Mehralının sözlərinə görə, qeyd olunan aktiv koronavirus xəstələrinin sosial təminatı ilə bağlı məqbul mexanizm hazırlanmalıdır:

“Əgər ailənin bütün üzvləri koronavirus diaqnozu ilə karantin rejiminə alınırsa, onların sosial təminatında çatışmazlıqlar ortaya çıxır. Ailənin ərzaq və dərmanlarla bağlı təminatını tənzimləyən xüsusi dövlət qurumu olmalıdır.

Bu təminat yoxdursa, aktiv koronavirus xəstəsinin öz ehtiyaclarını ödəmək üçün çölə çıxması qaçılmazdır. Qanuni prosedurları reallaşdırmazdan öncə vətəndaşların sosial vəziyyəti nəzərə alınmalıdır.

Cinayət məsuliyyətinə sırf vecsizlik və laqeydliyinə görə yaşayış yerini tərk edən xəstələr cəlb oluna bilər. Hansı ki, bu şəxslər gigiyeniya qaydalarına əməl etmir və yoluxma hallarının artmasına şərait yaradırlar.

Ümumiyyətlə, yoluxma hallarının qarşısını cərimələrlə almaq effektiv təsir göstərmir. Cərimələrin məbləğinin artırılması isə əhalinin sosial vəziyyətini daha da çətinləşdirir. Ona görə də mövcud şəraitdə aidiyyatı qurumlar tərəfindən vətəndaşlara qarşı humanist addımların atılması vacibdir”.

Gülşən Şərif

www.yenicag.az

3009