Çində internetə girişə qadağa qoyula bilər

media-hightechnic-468x90

a04fed0e889d75abe63a5f2a0ee1ebecİyulun 1-də Çində hökumətin əhalinin internetə girişinə nəzarət etməsinə icazə verən qanun qəbul edilib.

Yenicag.az lent.az-a istinadən xəbər verir ki, qanunda bildirilir ki, bu məhdudiyyətlər ancaq yüksək təhlükə, məsələn, kütləvi etirazlar zamanı tətbiq oluna bilər.

İnternetə girişə məhdudiyyətin yaranması və ya bərpa edilməsi ilə bağlı qərarı xüsusi orqan olan Kiberməkan Administrasiyası qəbul edəcək.

Analitiklər qeyd edir ki, bu bölmənin əlində informasiya sahəsinə nəzarətlə bağlı hədsiz imkanlar cəmlənib. Onlar hesab edir ki, bu, ilk əvvəl təhsil və elmi araşdırmalar sahəsinə toxunacaq.

Həmçinin qanunda dəqiq göstərilir ki, Çin Xalq Respublikasının vətəndaşları haqqında məlumatlar ancaq ölkə ərazisinin hüdudunda saxlanılmalıdır. Bundan başqa, ölkəyə gətirilən bütün növ İT məhsulları və yüksək texnoloji avadanlıqlar ciddi nəzarətdən keçməlidirlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa