Çində kişi xəstəxana əməkdaşlarını öldürüb

media-hightechnic-468x90

thumb_noj_333Çinin şimal-şərqində yerləşən Beydayhe şəhərində bıçaqla silahlanmış kişi xəstəxanada altı tibb bacısını və mərkəzin daha bir əməkdaşını öldürüb.

media-banner_tuq

Hücum edən şəxs saxlanılıb. Onun əməlinin motivləri isə hələlik məlum deyil.

Son vaxtlar Çində tibb işçilərinə hücum sayı artıb. Onlar tez-tez təhdid edilir və zorakılığa məruz qalırlar.

Çində həkimlərin böyük əksəriyyətinin əməkhaqqısı azdır. Buna görə də onlar tez-tez pasientlərə saxta dərmanlar yazmaqla gəlirlərini qanunsuz şəkildə artırmaqda ittiham olunurlar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05