!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çindən İrana 400 milyard dollarlıq sərmayə - Trampa ŞOK 

!Reklam – Yazi

Çin ABŞ-ın təzyiqi altında olan İranın iqtisadi sarsıntıdan qurtulması üçün ona böyük fürsət təklif edib. 

Yenicag.az xəbər verir ki, bu barədə xəbəri “Petroleum Economist” yayıb. Avqust ayında Pekini ziyarət edən İran xarici işlər naziri Cavad Zərif 2016-cı ildə imzalanan “Hərtərəfli Strateji Əməkdaşlıq Sazişi” çərçivəsində hazırladıqları yol xəritəsini Çin hökumətinə təqdim edib.

Təklifə əsasən, Çin İranın neft və təbii qaz bölgələrində yeni istehsal sahələri açaraq, neft-kimya sənayesinə sərmayə qoyacaq. İran iqtisadiyyatı bu sərmayədən ilk 5 ildə 280 milyard dollar gəlir əldə edəcək. Bundan başqa, Çin İranın nəqliyyat və istehsal sənaye sektorlarına 120 milyard dollarlıq sərmayə qoyacaq.

400 milyard dollar sərməyə ilə yanaşaı Çin İrana üstəlik 5 min əsgər də göndərəcək. Hələ bu harasıdır?! Çin ixracat etdiyi ölkələrlə ödəmələri həmin ölkələrin pul vahidləri və yuan ilə edə biləcək. Beləliklə, iki ölkə neft ticarətində dollardan imtina etmiş olacaq.

Firuzə Alimova

www.yenicag.az

2165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv