Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Çingiz Mustafayevin adını daşıyan radio tezliyə iddiaçılar bəlli oldu - Siyahı

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov APA-ya məlumat verib. “Real Təhlil və İnformasiya Mərkəzi” MMC, “TV Media Azerbaijan” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC və “OMD Azerbaijan” MMC müsabiqəyə sənədlərini təqdim ediblər.

Şöbə müdiri qeyd edib ki, “Televiziya və radio yayımı haqqında” Qanunun 19.1 maddəsinə əsasən, MTRŞ müsabiqənin başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Xatırladaq ki, ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə MTRŞ-nın 5 noyabr 2019-cu il tarixli iclasının qərarı ilə 12 noyabrdan 12 dekabradək müsabiqə elan olunub.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

218
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM