!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Çirkli pullar”ın yuyulmasında KRİPTOMEXANİZM: “Dövlət bu sahəni tam nəzarətə götürmək üçün...” – ŞƏRH

!Reklam – Yazi

“İndi bu kriptovalyutalarla bağlı vəziyyət də, haradasa, o kağız pulların keçdiyi tarixi prosesi xatırladır”.

Bu fikirləri ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyasının kriptovalyutalara qarşı başladığı mübarizənin arxasında dayanan məqsədləri şərh edən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, dövlət nəzarətində olmayan kriptovalyutaların istehsal və dövriyyəsini öz əlinə keçirməyə çalışır:

“Aydın məsələdir ki, kriptovalyutalar üzərində nəzarət olmadığı üçün onların vasitəsilə “çirkli pul”ların yuyulması və vergidən yayınma halları var. Kriptovalyutaların populyarlığı həm də bununla bağlıdır.

Ümumiyyətlə, tarixə də nəzər salsaq, görərik ki, dövlətlər pul tədavülünü istisnasız olaraq öz nəzarətlərində saxlayıblar. Bunun qarşılığında cəmiyyət də elə pul formaları axtarıb ki, dövlət oraya müdaxilə edə bilməsin.

Adi misal deyim. Bu gün dünyada istifadə olunan kağız pullar da vaxtilə eyni maneələrdən keçərək indiki mahiyyətini qazanıb. Bildiyiniz kimi, ona qədər tədavüldə yalnız qiymətli metallardan hazırlanan sikkələr vardı. Onun da dövriyyəsi və istehsalı tamamilə dövlətin əlində idi.

Kağız pul da, belə desək, dövlətin nəzarətinə son qoyulması məqsədilə icad olunub. Eyni zamanda, indi kağız pul dediyimiz vasitə ilkin dövrlərdə bir adamın başqasına olan borcunu təsdiqləyən öhdəlik sənədi rolunu oynayırdı.

Müəyyən vaxtdan sonra dövlət artıq o dövriyyəyə nəzarət edə bilmirdi. Belə olduqda, vergidən yayınma və digər maliyyə cinayətləri artırdı. Yekunda elə bir vəziyyət yarandı ki, dövlət kağız pulların da istehsal və dövriyyəsini öz nəzarətinə götürdü.

İndi bu kriptovalyutalarla bağlı vəziyyət də, haradasa, o kağız pulların keçdiyi tarixi prosesi xatırladır. Yəni dövlət nəzarətində olmayan kriptovalyutaların istehsal və dövriyyəsini öz əlinə keçirməyə çalışır. Bəzi ölkələrdə artıq müəyyən ödənişlərin kriptovalyuta ilə aparılması bunun əsas göstəricilərindən biridir. Burada növbəti addım ondan ibarət olacaq ki, kriptovalyutaların istehsalı tamamilə dövlətin nəzarətinə keçəcək”.

A.Zeynalov

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv