Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Çobanın azması inandırıcıdır, ancaq zabitin azması gülüncdür” – Hərbi ekspert

Reklam: High Technic

“Goranboy istiqamətində ordu bölmələrimiz tərəfindən əsir götürülmüş erməni baş leytenantı haqqında Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti nəhayət ki, məlumat yaydı”.

Yenicag.az Sfera.az-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Nazim Bayram deyib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, zabit Qurgin Alberyan pis hava şəraitində azıb və itib, axtarış aparılır:

“Çoban azanda inandırıcıdır, ancaq zabitin azması yumşaq desək, gülüncdür və uydurma müəlliflərin təxəyyülünün kasad olmasını göstərir”.

N. Bayramın fikrincə, həqiqət odur ki, ermənilər illər əvvəl Qarabağda azaraq, bu coğrafiyaya gəliblər:

“Bir şey həqiqətdir ki, nəinki Ermənistan ordusunun zabiti Qarabağda azıb, ümumiyyətlə ermənilər azaraq, bu coğrafiyaya gəliblər və tezliklə bu tarixi anlaşılmazlıq həllini tapacaq”.

Qeyd edək ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

www.yenicag.az

241