Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Çobansayağı yanaşmadır" - Partiya sədrindən Cahangir Əliyevin ianə fikrinə MÜNASİBƏT

Reklam: Sinerji Pro

“Bəzim bəzi məmurlar ya kitab oxumurlar, ya da düyadan, halal-haram, qanuni-qanunsuz məsələlərdən ümumiyyətlə anlayışları yoxdur. İanə sözü könüllülük sözü ilə sinonimdir”.

Bu fikri Yenicag.az-a açıqlamasında Həmkarlar İttifaqının sədri Cahangir Əliyevin “Kimsə ianə etmək istəmirsə, desin ki, mən azərbaycanlı deyiləm” sözlərinə münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı səsləndirib.

Tural Abbaslı bildirib ki, Cahangir Əliyevin yanaşması çobansayağı yanaşmadır:

“Bu vəzifədə duran adamın belə pafoslu, yersiz ura-patriotluq göstərməsi uyğunsuzdur. Adamları fakt qarşısında qoyub, maaşlarının 10 faizinin fonda köçürməsini təmin edə bilərsən. YAŞAT fondu şəhid və qazi ailələrinə yardım üçün yaradılıb. İstəmirəm ki, fonda yığılan pullar kiminsə halallığı olmadan yığılsın. Hüquqi baxımdan əsaslandırıb maaşdan pul tutmaq olar, ancaq burda halal-haram məsələsi var axı. Əgər o ianəni ora verən adam halallığını vermirsə, şəhidlik mərtəbəsinə yüksəlmiş insanların ailələrinə o pulu vermək mənəvi cəhətdən düz deyil. O pulun halallığı alınmalıdır. İanələr verilirsə, hər şirkətin özünün ehtiyat fondu var, ora verilməlidir. İnsanların maaşından niyə tutursan? Maaşdan pul tutmaq olar, ancaq 10 faiz yox”.

YAŞAT fondunun yaranmasının tərəfdarı olduğunu deyən AĞ Partiya sədri bu barədə öz təkliflərini bildirib:

“Təklifim odur ki, Azərbaycanda heç bir real effekti olmayan, işçilərə və əməkçilərə yük olmaqdan başqa bir işə yaramayan Həmkarlar İttifaqına hər ay məcburi qaydada tutulan üzvlük haqqı ləğv olunsun və o məbləğ YAŞAT fonduna verilsin. Əminəm ki, Azərbaycanda bütün işçilər, əməkçilər sevinə-sevinə bununla razılaşarlar və halallıqlarını da verərlər. Həmkarlar İttifaqının adı var, bu qurum nə heç bir işçinin, əməkçinin hüququnu qorumur, nə də onların mövqelərindən çıxış etmir. Həmkarlar İttifaqına hər işçinin maaşından tutulub yığlan 2-3 faizlər həmin o Həmkarlar İttifaqının rəhbər şəxslərinin şəxsi həyatlarının yaxşılaşdırılması istiqamətində xərclənir, ortalıqda yeyilir. Ondansa, Həmkarlar İttifaqına yığılan məbləğ YAŞAT fonduna verilsin. Həmkarlar İttifaqı işləmir, öz funksiyasını yerinə yetirmir. Bizdəki “həmkarlar ittifaqı” ümumiyyətlə dünyada qəbul edilən Həmkarlar İttifaqı anlayışına, fəlsəfəsinə zidd gəlir və formal bir qurumdur. Azərbaycanda bir nəfər belə nə Həmkarlar İttifaqına keçirdiyi məbləğə halallıq verir, nə də onun faydasını görür”.

Səxavət Məmməd

www.yenicag.az

4294