2023-cü ildə İsmayıllı rayonunda “Coca-Cola” və “Efes” zavodları açılacaq.
Bunu Yenicag.az-a İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib.
İcra baçısı saytımızda gedən yazıya cavab olaraq bildirib ki, prezidentə verdikləri sözləri yerinə yetirəcəklər.
Onun sözlərinə görə, yaxın illərdə İsmayıllıda “Coca-Cola” və “Efes” zavodları istifadəyə veriləcək:
“Hazırda bölgədə işlər gedir. Artezian quyuları vurulur. Prezident İlham Əliyevə verdiyimiz sözü tutacağıq. Proses davam edir. İşləri bir qədər pandemiya ləngidir. Ancaq bu o demək deyil ki, iş dayanıb”.
İcra başçısı onu da qeyd edib ki, hazırda velisoped zavodunda qazilərimiz üçün əlil arabalarının hazırlanması prossesi başlayır: “Yeni sistem nəticəsində bu arabalarla bağlı xaricdən asılılığımız aradan qalxacaq”.
www.yenicag.az